Türkiyə XİN vətəndaşlarına ABŞ-a səfərin arzulanmaz olması ilə bağlı xəbərdarlıq edib


Dünya 12 Yan 2018 12:28:23 255 0

Türkiyə XİN vətəndaşlarına ABŞ-a səfərin arzulanmaz olması ilə bağlı xəbərdarlıq edib

ABŞ-ın müvəqqəti işlər vəkili gün ərzində iki dəfə Türkiyə XİN-ə çağırılıb

Türkiyə Xarici İşlər Nazirliyi vətəndaşlarına ABŞ-a səfərin təhlükəsizlik baxımından arzulanmaz olması ilə bağlı xəbərdarlıq edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu, ABŞ Dövlət Departamenti tərəfindən atılan analoji addıma cavab olub.

"ABŞ-da terror və zorakılıq aktlarının, eləcə də vətəndaşlarımızın əsassız həbsi halları və hökumət orqanlarının onlara münasibətdə qanunsuz hərəkətlərinin artımı müşahidə olunur. Bununla əlaqədar vətəndaşlarımıza ABŞ-a səfər planlarını yenidən nəzərdən keçirməyi tövsiyə edirik. Təcili səfərlər zamanı diqqətli olmağa çağırırıq", - Türkiyə XİN-in bəyantında deyilir.