Arvadı kənddən Bakıya gəlib bacısının sevgilisi ilə “yatdı”...


Digərləri 12 Yan 2018 12:23:00 254 0

Arvadı kənddən Bakıya gəlib bacısının sevgilisi ilə “yatdı”...

Yevlax şəhərində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Həsən Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Həsən Həsənovun arvadı Şəhanə İsmayılova təxminən bir ay əvvəl Bakı şəhərinə gedərək müvəqqəti olaraq bacısı ilə birlikdə yaşayıb.

İki bacının sevgilisi

Həmin vaxt Şəhanə İsmayılovanın bacısının qeyri-rəsmi ər-arvad kimi birlikdə yaşadığı Elvin Novruzovla arasında sevgi münasibətləri yaranıb. Həsən Həsənov arvadının Elvin Novruzovla sevgi münasibətlərinin olmasından şübhələnərək onunla telefonda mübahisə edib.

26 aprel 2017-ci ildə Şəhanə İsmayılova azyaşlı uşaqları ilə Bakı şəhərindən Yevlax rayonuna qayıdıb və Aidə İsmayılovanın evində gecələyib. Həsən Həsənov aprelin 27-də, saat 09.00-da qayınanası Aidə İsmayılovanın yaşadığı evə gəlib.

İntim münasibət və qanlı dava

Həmin vaxt Həsən Həsənov qayınanasının evdən getməsini gözləyib. Qayınanası evdən çıxdıqdan sonra isə evin yataq otağına keçən Həsən Həsənov orada yatmış Şəhanə İsmayılovanı oyadaraq ondan evə getməsini tələb edib.

Şəhanə İsmayılova isə onun təklifindən imtina edərək ona sərt cavablar verib. O, Şəhanə İsmayılovanın Bakı şəhərində qaldığı müddətdə Elvin Novruzovla intim münasibətlərinin olmasını özündə qətiləşdirib və arvadını öldürmək qərarına gəlib.

Bu məqsədlə evin mətbəxinə keçən Həsən Həsənov oradan bıçaq götürərək geri qayıdıb. O, yataqda oturmuş vəziyyətdə olan Şəhanə İsmayılovanın baş nahiyəsinə həmin bıçaqla zərbə endirib.

İki azyaşlının gözü qarşısında dəhşət

Lakin Şəhanə İsmayılova əlləri ilə bıçağın tiyəsindən tutmaqla aktiv müqavimət göstərərək onun hərəkətlərinə mane olub və çarpayının qarşısına yıxılıb. Həsən Həsənov arvadı ilə eyni otaqda yatmış 2016-cı il təvəllüdlü oğlu Tunarın oyanmasına və ortancıl oğlu, 2010-cu il təvəllüdlü Ömərin yataq otağının qapısından bu hərəkətləri müşahidə etməsinə baxmayaraq, cinayət əməlindən əl çəkməyib.

Həsən Həsənov əlindəki bıçaqla Şəhanə İsmayılovanın həyat üçün təhlükəli olan boyun nahiyəsinə 2 dəfə ardıcıl zərbələr endirərək ona boynunu kəsib. Onun öləcəyini düşünən Həsən Həsənov evdən gedib. Şəhanə İsmayılovanın hadisədən dərhal sonra xəstəxanaya çatdırılması və ona tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Həsən Həsənovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rəşid Hüseyovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Başqa kişinin səsinin gəldiyini eşitdim"

Təqsirləndirilən şəxs qismində ifadə verən Həsən Həsənov bildirib ki, 2004-cü ildə Şəhanə İsmayılova ilə ailə həyatı qurub, 3 övladları var: "Əvvəllər münasibətlərimiz normal olub. Son 2 ayda isə Şəhanə ilə münasibətlərimizdə problemlər yaranıb. 2017-ci ilin mart ayında Şəhanə qan azlığından əziyyət çəkdiyi üçün 4-5 günlük Bakı şəhərinə getdi. Bakıya getdikdən sonra Şəhanə telefonla danışarkən həkimin məsləhət gördüyünü bildirərək müxtəlif bəhanələrlə təxminən 2 aya yaxın Bakıda qaldı və Ömər və Tunarı da özü ilə Bakıya aparmışdı. Orada olarkən 7-8 gün əvvəl Şəhanə saat 12.00-da bacım oğlu Nurlanla Vatsap vasitəsilə telefon bağlantısı qurarkən oğlumuz Rüstəmlə də danışmaq istədiyini bildirib. Nurlan isə telefonu gətirərək oğlum Rüstəmə verdi. Rüstəm anası ilə danışarkən digər otaqda yatmışam. Ancaq danışıq səsinə oyandım və Şəhanə Rüstəmlə danışarkən kənardan başqa kişinin səsinin gəldiyini eşitdim. Əvvəlcə həmin səsə əhəmiyyət vermədim".

"Qızının nişanlısı olduğunu bildirdi"

Həsən Həsənov qeyd edib ki, səhərisi günü qayınatasıgilə gedərək qayınanası Aidə İsmayılovadan gecə Şəhanənin Rüstəmlə danışarkən kişi səsi gəldiyini eşitdiyini və həmin şəxsin kim olmasını xəbər alıb: "Şəhanənin anası isə bildirdi ki, həmin şəxs digər qızı Aygünün nişanlısı Elvindir. Aygünün nişanlısı olmadığı üçün Aidənin dediklərinə inanmadım. Orada olarkən Aidə qızı Şəhanəyə zəng etdi, danışmaq istəyərkən Şəhanənin istifadəsində olan mobil telefona yenə başqa bir kişi cavab verdi. Aidə telefonda həmin kişidən telefonu qızına verməsini istədi. Bundan sonra telefonu Şəhanə götürərək anası ilə danışdı. Yenə həmin şəxsin kim olmasını soruşdum. Aidə yenə təkidlə Aygünün nişanlısı olduğunu bildirdi".

"Anasıgildə qalacağını dedi"