Axtarışda olan 12 nəfər saxlanılıb


Kriminal 12 Yan 2018 12:16:00 199 0

Axtarışda olan 12 nəfər saxlanılıb

Yanvarın 11-də daxili işlər orqanları tərəfindən gün ərzində respublika üzrə 122 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər"lə açılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.