Hakimi təhqir edən futbolçuya 3 aylıq cəza


İdman 12 Yan 2018 12:20:00 289 0

Hakimi təhqir edən futbolçuya 3 aylıq cəza

"Shakhtar", "Napoli", "Lazio" və "Genoa"nın sabiq futbolçusu Franselino Matuzlem 3 aylıq diskvalifikasiya olunub. Goal.az xəbər verir ki, hazırda İtaliya D Seriyasında mübarizə aparan "Nuevo Monterosi" klubunun şərəfini qoruyan 37 yaşlı havbek aprelində matçın baş hakiminə qarşı hərəkətinə görə cəzalandırılıb. "Flaminia Civita" ilə derbi matçında meydandan qovulan braziliyalı futbolçu qırmızı vərəqəni referinin əlindən alaraq onu təhqir və təhdid etmişdi. Karyerası ərzində 391 oyunda 15 qırmızı vərəqə alan Matuzalem aprelin 10-a kimi komandasında kömək edə bilməyəcək.