Bakıdakı avtobus sürücülərindən 461-i əvvəllər məhkumluq həyatı yaşayıb


İqtisadiyyat 12 Yan 2018 12:02:30 326 0

Bakıdakı avtobus sürücülərindən 461-i əvvəllər məhkumluq həyatı yaşayıb

Bakı Nəqliyyat Agentliyi məsələ ilə bağlı araşdırma aparacaq

"Keçən ildən sürücü bazası yaradılıb və orada adı olan 3000-dən çox sürücü ilə bağlı Daxili İşlər Nazirliyi və digər aidiyyəti orqanlara müraciət olunub".

“Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin baş direktorun müşaviri Mübariz Abbasov daşıyıcılarla görüşdə deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyindən BNA-ya cavab gəlib: "Agentliyə daxil olan məlumatda 3008 sürücünün 461-nin məhkumluq həyatı yaşadığı qeyd olunub. Bu məsələ əlaqədar daşıyıcılar BNA ilə birgə araşdırma aparacaq. Məhkumluğun növünə görə yekun qərar qəbul olunacaq".

O həmçinin əlavə edib ki, bu ilin 3-6 ayı ərzində 700 də nəqliyyat vasitəsi nağdsız ödəniş sistemi keçiriləcək.