Türkiyədə avtobus qəzasında 9 nəfər öldü


Dünya 12 Yan 2018 11:55:00 221 0

Türkiyədə avtobus qəzasında 9 nəfər öldü

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, Türkiyədən İraqa sərnişin aparan avtobus Şırnaq vilayətinin Silopi rayonunda qəzaya düşüb.

Nəticədə 9 nəfər ölüb, 28 nəfər xəsarət alıb.