Sığorta bazarının modernləşdirilməsi mexanizmlərinin yaradılması müzakirə olunur


Digərləri 12 Yan 2018 11:58:00 281 0

Sığorta bazarının modernləşdirilməsi mexanizmlərinin yaradılması müzakirə olunur

Maliyyə Bazarlarına Nəzarət Palatasında ötən ilin yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Palatadan məlumat verilib.

Məlumatda qeyd olunur ki, Palatanın Baş icraçı direktoru İbrahim Alışovun sədrliyi ilə keçirilən iclasda Palatanın ötən ilin ikinci yarısından etibarən uğurla icra etdiyi layihələr, imza atdığı yeniliklər, maliyyə sektorunun və makroiqtisadi vəziyyətinin sabitliyinin qorunmasına dair görülən işlər, maliyyə xidmətlərinin istehlakçıları qarşısında yerinə yetirilən öhdəliklər müzakirə olunub. Palata tərəfindən bank sektorunun sağlamlaşdırılması, sığorta sektorunun təkmilləşdirilməsi məqsədilə mexanizmlərinin yaradılması, habelə qiymətli kağızlar bazarlarının inkişafı istiqamətində atılan addımlar, bankların kapital bazarlarına inteqrasiyası kimi məsələlərlə bağlı təkliflər dinlənilib.

İclasda həmçinin maliyyə xidmətlərinin inkişafına dair "Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında Palatanın əsas icraçısı olduğu, eləcə də digər icraçısı olduğu strateji yol xəritələri üzrə tədbirlərin 2017-ci ildə icrası ilə bağlı məsələlər müzakirə olunub.