Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçiriləcək


Digərləri 12 Yan 2018 11:12:00 227 0

Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanı (təkrar) keçiriləcək.

Bakı. Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanı (təkrar) keçiriləcək. Bu barədə trend-ə Dövlət İmtahanı Mərkəzindən məlumat verilib. Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq* imtahanı keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 13 yanvar tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.