BANM-də SPM-in ilk qrupları kursu başa vurur


Digərləri 12 Yan 2018 11:14:00 214 0

BANM-də SPM-in ilk qrupları kursu başa vurur

Bakı Ali Neft Məktəbində (BANM) İngiltərənin TwentyEighty Strategy Execution (Stratex) şirkəti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən School of Project Management (Layihə İdarəetmə Məktəbi) fəaliyyət göstərir.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) İngiltərənin TwentyEighty Strategy Execution (Stratex) şirkəti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən School of Project Management (Layihə İdarəetmə Məktəbi) fəaliyyət göstərir. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dövlət və özəl sektorda çalışan şirkətlərin böyük marağına səbəb olan bu proqram iştirakçılara Layihə Menecmentinin dərinliklərini öyrədir və sonda proqramı uğurla başa vuranları ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Sertifikatı ilə təltif edir. Hazırda Layihə İdarəetmə Məktəbinin ilk qruplarının iştirakçıları proqramı yekunlaşdırmaq mərhələsindədirlər. Belə ki, 2017-ci ilin may və iyul aylarında dərslərə başlayan “Stream 16” və “Stream 17” qrupları 7 moduldan ibarət tədris proqramının sonuncu modulunu keçəcəklər. Proqram iştirakçıları onlara verilən seçim hüququna əsasən “PMP (Project Management Professional) Preparation” (PMP imtahanına hazırlıq) və “Negotiation Skills” (Danışıqların aparılması bacarıqları) modulları arasında artıq öz seçimlərini ediblər. PMP imtahanına hazırlıq modulu Stratex şirkətinin peşəkar təlimçisi Didye Estibal, Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları modulu isə Corc Sifri tərəfindən həyata keçiriləcəkdir.