Klinik Xəstəxana: Metroda intihara cəhd edən kişi reanimasiyada dünyasını dəyişdi


Digərləri 12 Yan 2018 10:46:00 238 0

Klinik Xəstəxana: Metroda intihara cəhd edən kişi reanimasiyada dünyasını dəyişdi

Metroda intihara cəhd edən kişi xəstəxanada keçinib.

Bakı. Samir Əli - Metroda intihara cəhd edən kişi xəstəxanada keçinib. Bu barədə özəl olaraq Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib. Xəstəxanadan bildirilib ki, səhər saatlarında metronun "Qara Qarayev" stansiyasında intihara cəhd edən təxminən 60-65 yaşlı naməlum kişi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Xəstə reanimasiyada dünyasını dəyişib.