Millimiz Antalyada daha bir yoxlama oyunu keçirəcək


İdman 12 Yan 2018 10:00:00 233 0

Millimiz Antalyada daha bir yoxlama oyunu keçirəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək.

Goal.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə,Rəşad Sadıqovun baş məşqçi olduğu yığma “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq.

Yanvarın 16-da keçiriləcək görüş yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) başlanacaq. 

Qeyd edək ki, Azərbaycanın U-21 millisi yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər 3 qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.