“DəmirBank”-da qorunan əmanətlər üzrə kompensasiyalar bu ÜNVANLARDA veriləcək


Digərləri 12 Yan 2018 10:13:00 198 0

“DəmirBank”-da qorunan əmanətlər üzrə kompensasiyalar bu ÜNVANLARDA veriləcək

Bağlanmış “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilmə tarixi açıqlanıb.

Bakı. Bağlanmış “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların veriləcəyi ünvanlar açıqlanıb. Əmanətlərin Sığortalanması Fondundan (ADIF) Trend-ə verilən məlumata görə, ləğv prosesində olan “DəmirBank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 1 fevral 2018-ci il tarixindən etibarən “Kapital Bank” ASC-nin filiallarında başlanılacaq və həmin tarixdən qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi təmin olunacaq. Əlavə olaraq əmanətçilərin diqqətinə çatdırılır ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” qanunun 3-cü maddəsinə əsasən və ADIF-in Himayəçilik Şurası tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə tətbiq edilən maksimal illik faiz dərəcəsi - milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində təsdiq edilib və Fondun iştirakçısı olan banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.