Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması ilə bağlı təhvil-təslim prosesi başlayıb


Digərləri 12 Yan 2018 10:08:00 199 0

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması ilə bağlı təhvil-təslim prosesi başlayıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması ilə bağlı təhvil-təslim prosesinə başlanıb.

Bakı. Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması ilə bağlı təhvil-təslim prosesinə başlanıb. Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, kommunal xidmətlərin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı inkişafı, enerji təchizatında şəffaflığı və çevikliyi, xidmətlərin sahibkarlar üçün əlçatanlığının təmin edilməsi məqsədilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkili və Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələrinin ləğvi ilə əlaqədar Energetika Nazirliyində Təhvil-təslim komissiyası yaradılıb.