AZFAR uşaq və gənclər futbol məktəbi "Açıq qapılar" gününü keçirəcək


Digərləri 12 Yan 2018 10:00:00 312 0

AZFAR uşaq və gənclər futbol məktəbi "Açıq qapılar" gününü keçirəcək

Bu həftədən başlayaraq yanvar ayının sonuna qədər AZFAR uşaq və gənclər futbol məktəbi "Açıq qapılar" gününü keçirəcək. Futbol məktəbinin qapıları gələcək qonaqlar üçün açıq olacaq - həm gənc futbolçularımız, həm də seçmə mərhələsində bacarığını sınamaq istəyən hər kəs futbol bayramımızda iştirak edə bilər.

Açıq qapılar günü çərçivəsində qonaqları məşqlər, yarışmalar, əyləncə dolu anlar gözləyir.

Seçimlərə qatılmaq üçün gənc futbolçuya mütləq lazım olan: istək və hava şəraitinə uyğun olan formanın olmasıdır. Qeyd edək ki, mərasim üstü qapalı meydançada keçiriləcək.


Xəbərə aid fotolar