Müğənni 2 azyaşlı uşağını döydüyünü etiraf etdi


Digərləri 12 Yan 2018 08:33:00 244 0

Müğənni 2 azyaşlı uşağını döydüyünü etiraf etdi

35 yaşlı müğənni Kelli Klarkson öz etirafı ilə sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub. 

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı iki azyaşlı uşağını döydüyünü deyib. Bunu tərbiyə metodu adlandıran Kelli valideynlərinin də vaxtilə ona əl qaldırdıqlarını və bunun yaxşı üsul olduğunu söyləyərək mübahisəni daha da qızışdırıb: 

"Mən vəhşicəsinə döyməkdən danışmıram. Valideynlərim də vaxtilə mənə bir-iki sillə çəkib və nəticədə mən düzgün tərbiyə olunmuşam. Əvvəlcə uşaqlara xəbərdarlıq edirəm ki, sözümə baxmasalar, sillə vuracam".   Klarkson uşaqları ictimai yerlərdə döyməyin əleyhinə olduğunu da sözlərinə əlavə edib.