Gəncədə vətəndaş intihara cəhd edir


Digərləri 12 Yan 2018 08:34:22 265 0

Gəncədə vətəndaş intihara cəhd edir

Gəncə şəhərində naməlum şəxs intihara cəhd edir. Son.az bildirir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətindən APA-ya verilən xəbərə görə, naməlum şəxs şəhərin Nizami rayonundakı Yeni Gəncə yaşayış massivi ərazisində binalardan birinin damına qalxaraq, intihar etmək niyyətini nümayiş etdirir.

Hadisə yerinə polis əməkdaşları və  FHN-nin xilasediciləri cəlb edilib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. FHN-nin xilasedicilərindən ibarət xüsusi qrup psixoloji söhbət aparmaqla vətəndaşı fikrindən daşındırmağa çalışır.