Alimlər oyun hərislərini burun spreyləri ilə sağaltmağı təklif edirlər


Digərləri 12 Yan 2018 08:12:00 317 0

Alimlər oyun hərislərini burun spreyləri ilə sağaltmağı təklif edirlər

Finlandiyada azartlı oyunlardan asılılığa qarşı mübarizə üçün nalokson tərkibli tez təsir edən burun spreyi sınaqdan keçirilir. Bu preparat artıq narkomaniyanın müalicəsində tətbiq edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bir qrup finlandiyalı tədqiqatçının fikrincə, sprey formasında dərman oyun asılılığını da aradan qaldıra bilər.

Helsinki Milli Sağlamlıq və Rifah İnstitutunun professoru Xannu Alxonun sözlərinə görə, oyundan asılılığı müalicə etmək cəhdi indiyədək tərkibində nalokson kimi maddənin olduğu həblərin qəbulu ilə bağlı idi. Həmin dərman üstünlüyünü göstərdi, lakin həb öz təsirini uzun müddətdən - azı bir saatdan sonra göstərdiyi üçün faydalı olmadı. Sprey formasında dərman isə beynə bir neçə dəqiqədən sonra çatır.