Donald Tramp afrikalı miqrantları “dəlikdən çıxanlar” adlandırıb


Dünya 12 Yan 2018 07:47:14 265 0

Donald Tramp afrikalı miqrantları “dəlikdən çıxanlar” adlandırıb

Prezident daha çox Norveç kimi ölkələrdən miqrant qəbul etmək təklifini verib

ABŞ prezidenti Donald Tramp ölkəyə gələn miqrantları dəlikdən çıxanlar adlandırıb.

“Report” xəbər verir ki, onun sözlərini CBS-yə istinadən RT sitat gətirib.

KİV-in məlumatına görə, Tramp Amerikanın Afrika ölkələri və Haitidən gələn miqrantları qəbul etməsindən şikayətlənərək, o yerləri “dəlik” adlandırıb. Bununla yanaşı, prezident Norveç kimi ölkələrdən daha çox miqrant qəbul etmək təklifini verib.