Televizor üstündə arvadını öldürdü


Dünya 12 Yan 2018 07:14:00 215 0

Televizor üstündə arvadını öldürdü

ABŞ-ın Arkanzas ştatının Karlayl şəhər sakini Toni Tomas həyat yoldaşının ölümündə ittiham olunur.

Son.az axar.az-a istinadən xəbər verir ki, 58 yaşlı Toni Tomas siqaret çəkmək üçün çölə çıxandan sonra evə gələndə kanalın dəyişildiyini görüb. Həyat yoldaşından futbol matçının hesabını soruşanda o qışqırmağa başlayıb. Nəticədə münaqişə baş verib və Tomas bıçağı götürərək arvadını bir neçə dəfə bıçaqlayıb. O, nə etdiyini anlayanda isə artıq gec olub.