Putin: Rusiya və ABŞ arasında münasibətlərin normallaşması Vaşinqtondan asılıdır
Dünya 12 Yan 2018 05:58:18 278 0
Amerikalı tərəfdaşlar bu məsələdə cəsarət və sağlam düşüncə nümayiş etdirməlidirlər
Rusiya prezidenti Vladimir Putin güman edir ki, Rusiya və ABŞ arasında münasibətlərin normallaşması Vaşinqtondan asılıdır.
“Report”un xəbərinə görə, o, Rusiya KİV-lərinin rəhbərləri ilə görüş zamanı amerikalı tərəfdaşların bu məsələdə cəsarət və sağlam düşüncə nümayiş etdirməli olduqlarını bildirib.
Prezident əlavə edib ki, ikitərəfli münasibətlərin normallaşması Moskvadan asılı deyil:
“Onlar öz istəklərini ortaya qoyduqda, özlərində cəsarət tapdıqda və sağlam düşüncə nümayiş etdirdikdə, nəhayət başa düşəcəklər ki, Rusiya-Amerika münasibətlərinin yaxşılaşmasında Birləşmiş Ştatların özünün maraq dairəsindədir, hər şey normallaşdıqda isə münasibətlər də inkişaf edəcək”, — deyə RİA “Novosti” Putinin sözlərini sitat gətirib.
“Bu bizdən asılı deyil”, — deyə prezident bildirib.
Mənbə: report.az