London “Brexit”lə bağlı danışıqlarda prioritetlərini açıqlayıb


Dünya 12 Yan 2018 04:31:08 508 0

London “Brexit”lə bağlı danışıqlarda prioritetlərini açıqlayıb

Danışıqlarda əsas mövzular Krallığın maliyyə sektoru və iş yerləri olacaq

Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib ki, Avropa İttifaqı (Aİ) ilə “Brexit”lə bağlı qarşıda duran danışıqlarda əsas mövzular Krallığın maliyyə sektoru və iş yerləri olacaq.

“Report”un xəbərinə görə, Mey deyib ki, Brüssel ilə ölkənin Aİ-dən çıxmasından sonra keçid dövrünün şərtləri barədə razılaşmanın martın sonuna qədər əldə olunması planlaşdırılır.

Britaniyanın 2019-cu ilin martında Aİ-dən çıxacağı gözlənilir.