Hamilələrin nəzərinə: bu meyvələri yeməyin


Digərləri 12 Yan 2018 03:30:00 556 0

Hamilələrin nəzərinə: bu meyvələri yeməyin

Hamiləlik müddəti olduqca məsuliyyətli bir dövrdür. Bu dövrdə xanımlar qidalanmaya xüsusi diqqət etməlidirlər. Bəs hamiləlik dövründə hansı qidaları yemək olar və ya olmaz?

Son.az ailem.az-a istinadən bununla bağlı məşhur ginekoloq, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının II mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məsləhətlərini diqqətinizə çatdırır.

Həkim bəzi qida maddələrinin faydası və zərəri haqqında məlumat verərək deyib ki, hamilələr hər yediyinə xüsusi diqqət yetirməlidir: "Hamiləlik immun sisteminə təsir göstərir, sizin və körpənizin qidalanma ilə bağlı xəstəliklərə səbəb olan bakteriya və viruslara daha çox həssas olmasına səbəb olur. Hamiləlik dövründə qaçınılması lazım olan meyvələr var. Əgər siz hamiləsinizsə və ya hamiləlik planlaşdırırsınızsa, yetişməmiş papayadan istifadə etməyin. Yetişməmiş papayanın tərkibində uşaqlıq yığılmalarına səbəb olan lateks maddə var. Həmçinin də ananasdan qaçın. Çünki hamiləlikdə ananas yemək məsləhət deyil. Ona görə də ananasdan qaçınmaq lazımdır. Ananas uşaqlıq boynunun yumşalmasına səbəb olan bromelanla zəngindir. İlk trimesterdə uşaqlıq boynunun yumşalması təhlükəsinə görə istifadə olunmamalıdır".