Ajda Pekkan Bakıda pendirçörək yedi FOTO


Şou-biznes 12 Yan 2018 00:00:00 500 0

Ajda Pekkan Bakıda pendirçörək yedi  FOTO

Türkiyənin məşhur pop ulduzu Ajda Pekkan Bakıya gəlib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova sosial şəbəkədə məlumat paylaşıb.

"Nargis" jurnalının 5 illiyi münasibətilə yanvarın 13-də Heydər Əliyev Sarayında solo konserti nəzərdə tutulan Ajda Pekkan bu gündən etibarən Bakını ziyarətə başlayıb. İlk növbədə Tarqovı küçəsini gəzən müğənni "Soyuq əllər isti ürək" xeyriyyə yarmarkasına da baş çəkib, pendirlə təndir çörəyi yeyib.

Ajda Pekkan Bakıya gəlişinə görə şad olduğunu bildirib: "Çünki Bakı üçün çox darıxmışam. Gələr-gəlməz mənə gözəl sürprizlər edildi. Azərbaycanlılar çox qonaqpərvərdir. "Nargis" jurnalı ilə tanış oldum, Bakını gəzməyə çıxdıq", - deyə türkiyəli ulduz qeyd edib.


Xəbərə aid fotolar