Günün qoroskopu: başqalarının uğurlarına sevinməyi bacarın


Digərləri 12 Yan 2018 00:01:00 312 0

Günün qoroskopu: başqalarının uğurlarına sevinməyi bacarın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - günün ilk yarısında özünüzə əmin olsanız, işləriniz uğurlu alınacaq. Yaşanan olaylarla bağlı fikrinizi bildirməkdən çəkinməyin. Yaxın ətrafınızdakı insanlar sizi dinləyəcəklər. Peşəkar fəaliyyətlə bağlı sizdən məsləhət istəyənlər var.

Günün ikinci yarısında adi günlərlə müqayisədə əhvalınız daha sürətlə dəyişəcək. Obyektiv səbəblər ilk baxışdan yoxdur.

Yaxınlarınızın, sevdiyiniz insanın iradlarını nəzərə alın. Ünvanınıza deyilən istənilən tənqid sizi təbdən çıxarmasın. Aqressiv cavab versəniz, sonradan peşman ola bilərsiniz.  

Buğa - günün ilk yarısı yeni layihəyə başlamaq, sifarişi yerinə yetirmək üçün əlverişli zamandır. İşlərə ağılla, məntiqlə yanaşsanız, çətinlikləri dəf etmək olar. Əlverişli situasiya, ən başlıcası isə ətrafınızdakı insanların dəstəyi önəmli məqamlardır.

Günün ikinci yarısında yadlara sirlərinizi danışmayın, planlarınızı bölüşməyin. Mənasız söhbətlər və boş mübahisələr vaxtınızı alacaq. Yaşlı qohumlardan birinin səhhətində, yaxud da maddi durumunda problemlər yarana bilər.

Əkizlər - soyuqqanlı, səbrli olun. İşlərə başlayanda nə ilə məşğul olduğunuzun təfərrüatlarını öyrənin. Qətiyyətli və iradəli davranışı seçin. Müstəqil fəaliyyət göstərin, təkbaşına işləyin. Əməkdaşlıq və ya birgə çalışmaq məhsuldar, uğurlu olmayacaq.

Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə həssas olun. Qıcıqlı və aqressiv davranmayın. Səhhətinizə fikir verin. Əsəbilik, nevrozlar orqanizminizdə fəsadlar yarada bilər.

Axşam saatlarında normal istirahət edin.  

Xərçəng - günün ilk yarısında baş verən olayları diqqətlə müşahidə edin. Çətinliyinə görə yarımçıq qalmış işləri başa vurun. Yaradıcı potensialınızı inkişaf etdirin.

Günün ikinci yarısında hadisələrin axarına sərt təsir etməyin. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək.

Yaxınlarınızla təmaslarda alicənab olun. Ən başlıcası isə hiyləgərlik etməyə, aşkar məqamları gizləməyə çalışmayın. Subaysınızsa, axşam saatlarında yeni tanışlıq ola bilər.

Şir - bu gün formalaşacaq ideya gəlirlərinizi artıra bilər. Amma bunun üçün xeyli zəhmət və ciddi çalışmaq gərəkdir. Vaxt qıtlığı yaranmasın deyə, planlı hərəkət edin. Adi günlərdən fərqli olaraq işgüzar tərəfdaşlarla münasibətlərdə sərinlik formalaşacaq.

Günün ikinci yarısı alış-veriş, daşınmaz əmlakla əməliyyatlar üçün münasibdir.

Axşam saatlarını ailənizə, ən yaxın insanlara həsr edin. Qonşu və ya dostlardan biri davranışı ilə sizdə qıcıq yaradacaq. O, özünə ifrat diqqət tələb edir.

Qız - mənasız söhbətlərə qatılmayın. Başqalarının problemləri ilə məşğul olmayın, bilavasitə sizə dəxli olmayan məsələlərlə bağlı fikir yürütməkdən ehtiyatlanın.

Tələskənliyə yol verməyin, plana uyğun hərəkət edin.

Günün ikinci yarısında bir sıra işlərin öhdəsindən gələ bilərsiniz.

Axşam saatlarına yaxın yaşlı şəxslə mübahisə istisna deyil. Mənasız təhlil və müzakirələri dayandırın. Yeni tanışlıq və görüş üçün münasib zaman deyil.

Tərəzi - sayıq olsanız, əlavə gəlirlərlə bağlı ideyanı reallaşdırmaq olar. Sərvaxtlıq, düşünülməmiş qərarların verilməməsi planlarınızda irəliləyişlər yaradacaq. Əks təqdirdə uzun müddətdən bəri hazırladığınız məsələdə geriləyəcəksiniz.