Bu kofelər supermarketlərdən


Digərləri 11 Yan 2018 23:56:00 224 0

Bu kofelər supermarketlərdən

Britaniyanın nəhəng supermarket şəbəkəsi olan "Waitrose" İtaliyanın "Saquella" kofelərini satışdan yığışdırıb. Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" nəşri məlumat yayıb. Buna səbəb alıcıların şikayəti olub. Belə ki, İtalyan şirkəti qablaşdırmanın üzərində rasist təsvurlərə yer verib. Mənbənin məlumatına görə, qutunun üzərində ağdərili sahibkarın kofe plantasiyasında işləyən qaradərili fəhlələri izləməsi əks olunub. Bu görüntüdən şoka düşən alıcılar mağaza rəhbərliyinə şikayət ediblər. Sonradan İtaliya şirkəti məhsulun üzərindəki təsvirə görə alıcılardan üzr istəyib və bu ideyanın məqsədinin kimisə təhqir etmək yox, kofe istehsalının keçmişini göstərmək olduğunu vurğulayıb. Pərviz


Xəbərə aid foto