2017ci ildə porno saytlara qadınlar "daha çox girib"


Digərləri 11 Yan 2018 23:25:00 265 0

2017ci ildə porno saytlara qadınlar "daha çox girib"

Porno materiallar yayan internet saytları 2017-ci ildə qadın izləyicilərin sayında dünya miqyasında artım müşahidə olunduğunu açıqlayıb.

"Qadınlar üçün porno" başlığı ilə axtarışlar əvvəlki ilə nisbətən ötən ildə xeyli artıb.

The Times qəzetində yerləşdirilən xəbərə görə, keçən il 28.5 milyon izləyici cəlb edən Pornhub saytında ən çox axtarılan başlıq "qadınlar üçün porno" olub.

xHamster adlı sayt isə 2017-ci ildə qadın izləyicilərin sayının əvvəlki illə müqayisədə 2.4 dəfə artdığını elan edib.

Sayt qadın izləyicilərdən ölkələr üzrə ən böyük artımın 24 faiz olmaqla Cənubi Afrikada qeydə alındığını, Səudiyyə Ərəbistanının qadın izləyici məlumatlarının isə 11 faiz artdığını müşahidə edib. Çin və Avstraliyada isə qadın izləyicilərin sayında 20 faizlik azalma olduğu da açıqlanıb.

Qadınlar üçün daha çox porno məhsulu hazırlanır