Azərbaycan neftinin qiyməti son 3 ildə


Digərləri 11 Yan 2018 23:07:00 241 0

Azərbaycan neftinin qiyməti son 3 ildə

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 10-da 71,25 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,81 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, "Azeri Light"ın qiyməti Sonuncu dəfə 2015-cü il dekabrın 3-də 71 dolları ötmüşdü.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 10-da 70,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 10-da 68,05 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,89 dollar/barel çoxdur.