"Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır"


Dünya 11 Yan 2018 22:39:00 310 0

"Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır"

"Donbasdakı vəziyyət dondurulmuş münaqişənin əlamətlərini alır".

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib. "Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır ki, heç kəs, o cümlədən Rusiya bunda maraqlı deyil. Biz istərdik ki, bu vəziyyət həll olunsun. Elə həll olunsun ki, bu ərazidə yaşayan heç kəsdə narahatçılıq oyatmasın. Ukrayna ilə bağlı Minsk razılaşmalarının yerinə yetirilməsi, o cümlədən Donbasın xüsusi statusu ilə bağlı qanunun qəbul olunması Rusiyanı tamamilə qane edirdi", - deyə Rusiya dövlət başçısı qeyd edib.