Qəbirdə olanlar bizim onlara danışdıqlarımızı eşidirmi?


Digərləri 11 Yan 2018 22:20:00 305 0

Qəbirdə olanlar bizim onlara danışdıqlarımızı eşidirmi?

Rizaddin Əli ibni Tavus çox nadir insanlardan idi ki, Allahı bir an belə unutmur və qəflət etmirdi.

Həmişə çalışırdı ki, Allahın razılığını qazanacaq işləri yerinə yetirsin. O, bu barədə oğluna da çoxlu nəsihətlər vermişdir. Onu tənbəllikdən, qəlbinin qaralmasından və iman zəifliyindən çəkindirmişdir. (Tebyan)   Son.az deyerler.org-a istinadən bildirir ki, İbni Tavus "Kəşful-muhəccə" kitabında oğluna belə tövsiyələr verir: "Ey oğlum! O zaman ki, həddi-büluğa çatdın və Allah sənə kamil ağıl verdi, o yerə çatdın ki, Allah üçün əyləşib qalxarsan, Allahla söhbət edərsən və Onun üçün xeyir işlər yerinə yetirərsən - həmin günü yadında saxla. Hər il həmin günü Allah yanında ən yaxşı gün kimi qeyd et. Allaha şükür et, sədəqə ver. O günlərdə Allahın sənə verdiyi ağıl nemətinin şükrü olaraq, dünya və axirətin üçün xeyirli əməllər yerinə yetir.   Ey oğlum! Əgər mən Allahın fəzl və inayəti ilə sağ qalsam, hər il sənin həddi-büluğa çatdığın günü bayram edəcəyəm. Ömründən keçən 15 ilə görə 150 dinarı və hər il də on dinar çoxunu Allaha şükür olsun deyə, yoxsullara verəcəyəm. Hələ ki, bu rəqəm ağlıma gəlmişdir, əgər bacarsam, daha çoxunu infaq edəcəyəm.   Əgər bu arzuya çatmazdan əvvəl vəfat etsəm, sənə və səndən qeyrisinə vəsiyyət edirəm ki, həddi-büluğa çatdığınız günü bayram edəsiniz. Bu günün şükrünü infaqla yerinə yetirəsiniz. Sonra qəbrimin üstünə gələsiniz və Allahın sizə inayət etdiklərini və həmin günə qədər etdiyiniz yaxşı işləri atanız üçün danışasınız.   Çünki din alimlərindən eşitmişəm ki, hər kim qəbrin üstünə gələr və iman əhli olar, onun dediklərini qəbirdə olan meyit eşidər".