İntihar edən pornoulduzlar FOTO


Digərləri 11 Yan 2018 22:21:00 417 0

İntihar edən pornoulduzlar  FOTO

Pornoulduzlar arasında intihar halları geniş yayılıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki,daim ictimai qınaqlarla üzləşən, narkotikə meylli olan, ailələri tərəfindən imtina edilən film qəhrəmanları tez-tez depressiyaya düşür və bundan qurtulmaq üçün bəzi hallarda intihara əl atırlar. Özünü öldürən pornoulduzların bəzilərini təqdim edirik.

Mersedes Qrabovski - Ötən il dekabrın 8-də Oqast Eyms ləqəbi ilə tanınan məşhur porno aktrisası Mersedes Qrabovski intihar edib.

25 yaşlı ulduzun homofobiya ittihamları üzündən intihar etdiyi bildirilib. Qeyd olunur ki, o, homoseksual mövzuda videolara çəkilmiş aktyorla yeni porno filmdə rol almaqdan imtina edib. Mercedesin bu addımı birmənalı qarşılanmayıb və etirazla qarşılanıb. Etirazlardan doğan təzyiqlər Mersedesin həyatına son qoyub.

Konstanti Moraitis - 20 yaşlı Konstanti Moraitis 2015-ci ilin dekabrında intihar edib. Dmitri Xan ləqəbini götürmüş aktyor qey-pornolara çəkilib. O, ömrünün sonlarına yaxın narkotikdən əziyyət çəkirdi və Florida şəhərindəki Şəfa Mərkəzində müalicə olunub. Ailəsi onun aktyorluq fəaliyyətini dəstəkləyib.

Alisa Funke - 19 yaşlı tələbə Alisa Funke 16 aprel 2014-cü ildə intihar edib. ABŞ-ın Minnesota ştatının sakini Alisa mart ayında naməlum bir kişi ilə sekslə məşğul olub və çəkilmiş videonu internet saytında yerləşdirib. Seks videosu yayıldıqdan sonra yeniyetmə keçmiş sinif yoldaşları tərəfindən təhqirlərə məruz qalıb. Təhqir və nalayiq sözlərə tab gətirməyən tibb universitetinin tələbəsi aprel ayında silah alıb. Şəhər ətrafında yerləşən gölün yaxınlığına gedərək intihar edib.

Uilfred Nayt - 35 yaşlı aktyor Uilfred Nayt (Wilfred Knight) 5 mart 2013-cü ildə intihar edib. O, ABŞ-dan Deportasiya ediləndən sonra Kanadada yaşamalı olub. Oğlan sevgilisi Ceri Enrikesomdan ayrılan Uilfred depressiyaya düşüb və intihara əl atıb. Uilfreddən sonra oğlan dostu da ayrılığa dözməyərək intihar edib.


Xəbərə aid fotolar