İranda minlərlə insan edamdan qurtula bilər


Dünya 11 Yan 2018 22:25:00 253 0

İranda minlərlə insan edamdan qurtula bilər

Narkotik vasitələrlə bağlı ittihamlara görə ölümə məhkum edilmiş minlərlə iranlı qanunun yumşaldılması səbəbi ilə ölüm hökmündən xilas ola bilər.

Bəzi narkotik maddələrlə bağlı ölüm hökmü ləğv edildikdən sonra ədliyyə rəhbəri deyib ki, ölüm hökmü gözləyən işlərə yenidən nəzər salınacaq.

Qanunun tətbiqindən sonra 5000 məhbusun xilas olacağı bildirlir.

İran hər il narkotik vasitələrlə bağlı ittihamlar əsasında yüzlərlə adamı edam edir.

İran parlamenti avqust ayında narkotik maddələrin istifadə miqdarına görə cəzalandırmanı dəyişib. Əvvəlki qanuna görə, 30 q kokainə sahib olmaq ölüm cəzasına gətirib çıxarırdı, ancaq bu, 2 kq-a qədər artırılıb. Tiryək və marixuanaya görə hədd isə 10 kq-dan 50 kq-a qədər artırılıb.

Norveçdə mənzillənən müstəqil İran İnsan Haqları təşkilatının nümayəndəsi Mahmood Amir-Moghaddam qanun dəyişikliyini müsbət qarşılayıb.

O, BBC-yə müsahibəsində deyib ki, "Düzgün tətbiq edildikdə, bu dəyişiklik dünya miqyasında ölüm cəzasının istifadəsinin azalması istiqamətində ən əhəmiyyətli addımlardan biri olacaq".

O, hazırda ölüm cəzası gözləyənlərin bundan faydalana bilməyəcəyi barədə də narahatlığını ifadə edib.

Mahmood Amir-Moghaddam əlavə edib ki, "Narkotik cinayətləri üçün ölüm cəzasına məhkum olanların əksəriyyəti İran cəmiyyətinin ən marjinal hissəsinə aid olduğundan, onlar ölüm cəzalarının həbsə dəyişdirilməyi haqda müraciət etmək üçün yetərli biliyə sahib deyillər".

İran narkorik cinayətinə görə 10 min insanı edam edib