Yasamalda qadını soyan “zek” yaxalandı


Digərləri 11 Yan 2018 22:26:00 252 0

Yasamalda qadını soyan “zek” yaxalandı

Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, yanvarın 10-da Yasamal rayon Polis İdarəsi 29-cu polis bölməsinə müraciət edən qadın naməlum şəxsin onun mobil telefonunu əlindən aldığını bildirib.

Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törədənin paytaxt sakini, əvvəllər məhkum olunmuş Zöhrab Əmiraslanov olduğu müəyyən edilib.

Zöhrab Əmiraslanovun üzərindən narkotik vasitə olan heroin də aşkar edilib.