Bakıda mənzillərin qiyməti dəyişdi


Digərləri 11 Yan 2018 22:04:00 233 0

Bakıda mənzillərin qiyməti dəyişdi

2017-ci ilin dekabr ayında Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində artım 2.51 faiz olub. İllik müqayisədə isə təkrar mənzil bazarında qiymətlər aşağı düşüb. Belə ki, il ərzində qiymətlərdə 3.54 faiz azalma müşahidə olunub.

Ekspert ay ərzində ilkin mənzil bazarında da qiymətlərin artdığını qeyd edib. Onun sözlərinə görə, ilkin mənzil bazarında ay ərzində 0.27 faiz artım, il ərzində isə 7.75 faiz azalma olub.