Bu dərman kişilərdə


Digərləri 11 Yan 2018 22:05:00 235 0

Bu dərman kişilərdə

Kopenhagen Universiteti  (Danimarka) alimləri populyar ağrıkəsici və hərarətsalan dərmanının ciddi yanaşı təsirini aşkar ediblər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmaların nəticələrinə görə, ibuprofenin qəbulu kişilərdə sonsuzluğa səbəb ola bilər. Eksperimentdə yaşı 18-dən 35 qədər olan 31 kişi iştirak edib. Onlar 2 qrupa bölünüb. Birinci qrup hər gün ibuprofen, 2-ci qrup isə plasebo qəbul edirdi. 2 həftədən sonra ibuprofen qəbul edən kişilərdə əsas kişi hormonu olan testosteronun sintezində azalma müşahidə olunub ki, bu da gələcəkdə sonsuzluğun inkişafına səbəb ola bilər. Bu səbəbdən alimlər ibuprofeni tez-tez və böyük dozalarda qəbul etməyi tövsiyə etmirlər.