Hamiləlikdə qarında yaranan çatlar qorxuludur?


Digərləri 11 Yan 2018 21:50:00 456 0

Hamiləlikdə qarında yaranan çatlar qorxuludur?

Hamiləlik zamanı vücudda çəhrayı xətlər, çatlar yarana bilər. Bunlar hər qadında müxtəlif formada olur. Bu tamamilə orqanizmdən asılıdır.   Son.az medicina.az-a istinadən bildirir ki, türkiyəli ginekoloq Deniz Gökalp Kaya bu  barədə danışıb. O bildirib ki, hamiləlik zamanı bəzi qadınların qarnında daha çox gərginlik və qaşıntı olur. Ginekoloqun sözlərinə görə, əslində tibbi cəhətdən qorxulu bir şey yoxdur. Həkim qarında yaranan çatların səbəblərindən də danışıb:

"Qısa zamanda çəki almaq qarın çatlarını yaradır. Hamiləlik çatları vücudun daha sürətlə böyüməsi nəticəsində dərinin bu böyüməyə verdiyi reaksiya nəticəsində meydana çıxır. 9 ay ərzində kilo nəzarətdə saxlanılmalıdır. Çatların yaranmaması üçün az-az çəki artırmaq lazımdır".

Ginekoloq hamilə qadınların 90 faizində 6-7-ci aylarından başlayaraq qarın çatlarınının yarandığını bildirib.

"Əgər ananın hamiləlik zamanı qarnında çatlar çox olubsa, övladında da yaranma riski yüksəkdir. Ümumiyyətlə yaranmasın deyə bir krem yoxdur, ancaq müəyyən yollarla qarşısını almaq mümkündür", - deyə Kaya açıqlayıb.

Həkimin tövsiyə etdiyi həmin üsulları təqdim edirik:

Dəriyə hər zaman nəmləndirici krem çəkilməlidir. Quru qalarsa çatlar daha tez yarana bilər. Maye qəbulu çox olmalıdır. Xüsusilə də hamiləliyin ikinci 3 aylığında.

Bəs yaranan qarın çatlarının müalicəsi varmı?