Bakıda müəllim və valideynlərin səyyar qəbulu olacaq


Digərləri 11 Yan 2018 21:54:00 210 0

Bakıda müəllim və valideynlərin səyyar qəbulu olacaq

Qəbul Bakıdakı Məktəb-Lisey Kompleksində təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq

Yanvarın 12-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Qəbul Bakıdakı Məktəb-Lisey Kompleksində (Ünvan: F.Xoyski küçəsi 78) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.