Kişilərin saxladığı saqqalın uzunluğu nə qədər olmalıdır?


Digərləri 11 Yan 2018 21:45:00 390 0

Kişilərin saxladığı saqqalın uzunluğu nə qədər olmalıdır?

Hər şeydən əvvəl qeyd edək ki, şəriətə görə kişilərin ülgüc kimi dibdən qırxan alətlərlə üz qırxması ehtiyata görə haramdır.

Son.az islam.az-a istinadən bildirir ki, bu hökmün izahı budur ki, müctəhidlər bu əməlin qəti surətdə haram olduğu barədə qəti dəlilə malik deyillər, əldə olan sübutlara əsasən bunu ehtiyata görə haram bilirlər. Saqqalın ölçüsünün aşağı həddi ürfə (adət-ənənətə və ictimai rəyə) bağlıdır. Yəni insanın üzündə ən azı o qədər tük olmalıdır ki, görənlər "üzündə saqqalı var" desinlər. Saqqalın uzunluğunun yuxarı həddi isə bir ovuc miqdarında qəbul edilib. Yəni insan saqqalını ovcu ilə sıxanda, uzunluğu dörd barmaq enindən kənara çıxmasın. Bu hədd müstəhəb sayılır, bundan uzun saqqal saxlamaq günah deyil.