Onlar Moskvada Tramp əleyhinə plan quracaqlar


Dünya 11 Yan 2018 21:49:00 256 0

Onlar Moskvada Tramp əleyhinə plan quracaqlar

Birləşmiş Ştatlar prezidenti Donald Tramp ötən ilin dekabrın 5-də Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayıb

Fələstin lideri Mahmud Abbas fevral ayının ilk ongünlüyündə Rusiyaya səfər etmək niyyətindədir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofal məlumat verib.

Səfir deyib ki, Mahmud Abbas Rusiya prezidenti Vladimir Putinlə görüşmək, onunla regional məsələləri, Yaxın Şərqdəki vəziyyəti, həmçinin ABŞ rəhbəri Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması qərarını müzakirə etmək istəyir.

Xatırladaq ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp ötən ilin dekabrın 5-də Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlamış, Təl-Əvivdəki ABŞ səfirliyini Qüdsə köçürəcəklərini bəyan etmişdi. ABŞ-ın qərarına etiraz olaraq, BMT-də səsvermə keçirilmiş, 128 dövlətin səs çoxluğu ilə Amerikanın Qüds qərarı keçərsiz sayılmışdı. Həmin səsvermədə Rusiya da daxil olmaqla, Fransa, İngiltərə, İspaniya, İtaliya, Almaniya və digər söz sahibi olan iri dövlətlər Fələstini dəstəkləmişdilər.