"Sarı gəlin"in sədaları altında rəqs heç olmamışdı VİDEO
Şou-biznes 11 Yan 2018 21:36:00 53 0
Qeyri-adi adı olan Azərbaycan kollektivi rəqsin səviyyəsini yeni pilləyə qaldırmaq istəyir
Bu xəbəri də oxu: "Bir daha qadın kimi xoşbəxt olmayacam" Məleykə
SILENCE ("Sükut") rəqs şousu bu günlərdə Azərbaycanın xalq mahnısı "Sarı gəlin"in sədaları altında ifa etdiyi teatrallaşdırılmış debüt klipini təqdim edib.
Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu kollektivin fəaliyyəti ilə bağlı xoreoqraf Fariz Musayev ətraflı məlumat verib.
Onun sözlərinə görə, layihə bir neçə ay bundan əvvəl doğulub. Buna baxmayaraq, qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşıb. Başlanğıcda şounun heyətinə beş nəfər daxil olub: Fariz Musayev, Fərman Lazımov, Ramil Məmmədli, Aytən Musayeva və Əsmər Əsmər. Sonra onlara Zülfiyə Qazıyeva, Zəffər Kərimov və Nərminə Aslanova qoşulub.
Musayevin sözlərinə görə, uzun müddət bu cür layihəni necə qurmaq barədə fikirləşiblər. Onlar bunu yüksək səviyyədə etmək istəyiblər ki, gələcəkdə xaricdə də təqdim etsinlər.
"Komandamızın fərqli cəhəti odur ki, biz artıq ölkəmizdə gördüyümüz standart rəqs şousu göstərmirik, rəqslərin və aktyor ustalığının hesabına tamaşaçılara həyat realizmi və teatr şousu təqdim etməyə çalışırıq. Məqsədimiz insanları təəccübləndirmək və valeh etməkdir" - deyə Musayev bildirib. Kollektivin ifa etdiyi rəqs janrı çox qeyri-adidir. Ona görə də, onların konkret hansı stildə rəqs etdiyini demək mümkün deyil. Musayev hesab edir ki, onlar hər stildə rəqs edirlər: Breykinq, kontemp, voq, dənsholl, hip-hop, step və digər stillərdə. Onun sözlərinə görə, istənilən rəqs teatral, gözəl və aydın olmalıdır. Ən əsası isə onu tamaşaçılara düzgün şəkildə çatdırmaqdır.
Kollektiv musiqi seçimində də fərqlənir. Onun çox spesifik zövqü var. Musayev qeyd edib ki, onlar tamaşadan asılı olaraq əksərən embient (elektron musiqi stili) və klassik janrdakı kompozisiyaları seçirlər.
"Azərbaycanda dünya səhnəsində öz ustalıq məharətini dəfələrlə nümayiş etdirmiş güclü rəqqaslar az deyil, amma belə komandalar azdır. Bizim sahədə rəqabət çox azdır. Hamı əsasən məlum stildə rəqs edir. Biz istərdik ki, XXI əsrin əvvəllərində olduğu kimi, rəqabət mühiti olsun" - deyə Musayev bildirib.
Onun sözlərinə görə, rəqs sahəsində yaxşı hesab oluna biləcək kollektivlər var. Onlardan Bigga Boo, Nero, Alarm, Crazy Eyes, JamSS, Challenge Soul və Caspian Flava-nın adları çəkilə bilər.
Xəbərə aid video
Ana dili başqa dil olan insanlarla dolu bir otaqda 'insanların bir-birini

İran Hərbi-Dəniz Qüvvələrinə məxsus "Damavand" gəmisinin Bən

Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi apar

Manhettendə inşa edilmiş bu göydələn çox fərqlidir və bütün tipik ço

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından is

2017-ci ilin dekabr ayında Bakıda mənzillərin qiymətində bahalaşma qeydə

Rusiyanın Təqaüd Fondu (RTF) sığorta təcrübəsi və təqaüd xalları ça

Rusiyanın populyar "Mətbəx" ("Кухня") serialının a

"Show TV"də yayımlanan "Seda Sayanla" verilişinə qonaq o

Muhəmməd ibni Əbi Əmir Əhli-Beyt (ə) məktəbində tərbiyə almış insan

Azərbaycanın ən yaşlı tələbəsi Azərbaycan Dillər Universitetində təh

Paris Prokurorluğu ABŞ-ın "Apple" korporasiyası haqqında ilkin t

Azərbaycanda ilk dəfə olaraq 3D formatında "Cırtdan və sehirli xalat&

Azərbaycanın 3-cü peyki olan "Azerspace-2" aprel ayında orbitə bu

2018-ci ildə "Azərxalça"nın filiallarının sayı 20-yə çatdır
