Azərbaycanın 3cü peyki orbitə buraxılır


Digərləri 11 Yan 2018 21:13:00 246 0

Azərbaycanın 3cü peyki orbitə buraxılır

Azərbaycanın 3-cü peyki olan "Azerspace-2" aprel ayında orbitə buraxılacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Satış və Biznes Əməliyyatları Departamentinin direktoru Fuad Aslanov bildirib ki, peykin və daşıyıcı raketin hazırlanması üzrə işlər qrafikə uyğun davam etdirilir. "Azerspace-2" 3 ay sonra orbitə buraxılacaq. Artıq peykin tutumunun demək olar ki, yarısı icarəyə verilib. "Azerspace-2"Azərbaycanın digər peyklərinin hazırkı əhatə zonasını genişləndirməklə yanaşı, "Azerspace-1"in orbitdəki ehtiyatı olacaq. Bu da müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək. "Azerspace-2" peykinin müştərilərinin böyük hissəsi xarici şirkətlərdir. Əlavə müştərilərin cəlb olunması istiqamətində də danışıqlar davam etdirilir. Yeni peyk Azərbaycanın fəzada olan sayca 3-cü, təyinatına görə isə 2-ci telekomunikasiya peyki ("Azersky") peyki olacaq.