Azərbaycanda ilk 3D formatında


Digərləri 11 Yan 2018 21:14:00 367 0

Azərbaycanda ilk  3D formatında

Azərbaycanda ilk dəfə olaraq 3D formatında "Cırtdan və sehirli xalat" adlı yerli cizgi filmi çəkilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanın kifayət qədər nağıl qəhrəmanı olsa da, "Spayderman", "Kel oğlan", "Şirek", "Spancbomb" kimi xarici personajlar uşaqların sevimlisinə çevrilib. Çünki illərdir barmaqla sayılacaq qədər yerli cizgi filimləri çəkilib. Halbuki, dünyanın bir çox ölkəsində film və seriallarla yanaşı cizgi filimlərinə də maraq kifayət qədədir. Artıq uşaqların intellektinin inkişafı, xarici dildən çox ana dilini mənimsəmələri üçün "Cırtdan və sehirli xalat" adlı yerli cizgi filmi çəkilib. Ekran işinin ssenari müəlliflərindən biri olan tanınmış akytor Kənan Yusifovun sözlərinə görə, animasiyada səkkiz personajdan istifadə edilib. Dəyərlərə verilən hörməti xarakterizə etmək üçün təpəgözün gəldiyini xəbər verən qızın geyimi milli üslubda seçilib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsında çəkilən "Cırtdan və sehirli xalat" cizgi filminin treyleri artıq nümayiş olunur. Cizgi filmi hazırdır və yaxın günlərdə yayımlanacaq.