Elçindən şəxsi həyatı ilə bağlı ETİRAF: "Evlənəndən sonra özümə qadağalar qoymuşam, istəmirəm problem yaşayım" FOTO


Şou-biznes 11 Yan 2018 21:01:00 299 0

Elçindən şəxsi həyatı ilə bağlı ETİRAF: "Evlənəndən sonra özümə qadağalar qoymuşam, istəmirəm problem yaşayım"  FOTO

Müğənni Elçin Cəfərovun Son.az-müsahibəsi.

- Elçin bəy, çox hallarda mahnılarınızı özünüz yazırsınız. Bu hal sizi bəstəkarlarla üz-üzə qoymayıb ki?

- Mən buna çox normal baxıram. Nəinki mən, hər-hansısa müğənni bu istedada malikdirsə, qoy yazsın da. Mənə elə gəlir ki, yaxşı bəstəyə gözəl münasibət bildirmək lazımdır. Yaxşıdırsa, yaxşıdır da. Bunu necə danmaq olar? İnanmıram bizim bəstəkarlarımız bu dərəcədə qısqanc olsunlar.

- Ailə həyatı qurandan sonra özünüzə məhdudiyyət qoymusunuz?

- Təbii ki, məhdudiyyətlər var. Bunu mən özüm-özümə qoymuşam. Problemlərin ailəmdən uzaq olmasını istəyirəm. Bu, həmişə belə olub. Özümün olar-olmazlarımı bilirəm. Müəyyən şeylər var ki, davam edir. Məsələn sənət yoldaşlarımızla görüşüb, otururuq. Bəzi məqamlar var ki, uzaq durmağa çalışıram. Nəinki sənətdə, həyatda da ailə başçısı kimi nümunə olmağa çalışıram.

- Ailə həyatınızın ilk günlərində problemlər yaşadınız?

- Xeyr, mən artıq ailə həyatı quranda hər şeyə hazır idim. Müəyyən sərbəstliklər var ki, onları çoxdan unutmuşam. Onları bəs qədər yaşamışam deyə artıq buna əsas görmürəm. Bu həyatı seçmisənsə, hər şeyi həyatın axarına buraxmalısan.

- Hər bir cütlük arasında qısqanclıq hissləri olur. Sizdə bəs necə?

- Qətiyyən bu kimi hallar yoxdur. Əgər ortada inam varsa, bunların heç biri problem olmamalıdır.

- Toy bazarında vəziyyət necədir?


Xəbərə aid fotolar