Şamaxıda yollar buz baglayıb, hərəkət məhdudlaşıb VİDEO


Digərləri 11 Yan 2018 21:02:00 247 0

Şamaxıda yollar buz baglayıb, hərəkət məhdudlaşıb  VİDEO

Ötən gün yağan qardan sonra Şamaxıda bəzi yollar gecə saatlarında buz baglayıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu səbəbdən Şamaxı -Pirqulu yolunda sürücülər çətinliklə üzləşiblər. Qızmeydan-Qəleybuğurd-Pirbəhli və Zaradxeyberi kəndlərinə gedən yolda bir neçə saatlıq avtomobillərin hərəkəti məhdudlaşıb. Kəndlərə gedən bəzi sürücülər avtomobilini yolun kənarında saxlamalı olub. Əraziyə Şamaxı rayonun 8 saylı yol idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub, yollara qum-duz qarışığı səpilərək qardan təmizlənib. Gecə saatlarında Şamaxı-Bakı, Şamaxı-Muğanlı-İsmayıllı və Şamaxı-Pirqulu yolunun yenidən buz bağlama ehtimalı var. Sürücülərə ehtiyatlı olmaları tövsiyə edilir.