22 yaşlı gənc ağzı ilə maşın dartır VİDEO


Digərləri 11 Yan 2018 21:07:00 235 0

22 yaşlı gənc ağzı ilə maşın dartır  VİDEO

22 yaşlı gənc ağzı ilə avtomobilləri çətinlik çəkmədən dartır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Biləsuvar rayonunun Xırmandallı kənd sakini Emin Süleymanov bir müddətdir ki, gücünü bu sahədə sınayıb və uğurlu alınıb. Uşaq yaşlarından ağır atletikaya maraq göstərən gənc hazırda bu sahə ilə özü fərdi qaydada məşğul olur. Gün ərzində 6-7 saatını məhz bu idmana sərf etməklə bacarıqlarını daha da təkmilləşdirib. O, bu idmanın sayəsində hələ ki, 3-4 ton çəkisində olan avtomobilləri ağzı ilə dartmağa nail olub. Hazırda Neftçala rayonunda fermalardan birində çalışan Emin deyir ki, növbəti hədəfi ağır yük avtomobillərini ağzı ilə dartmaq olacaq. Emin Süleymanov ən uzun məsafəyə təyyarə dartmaqla dünya rekorduna imza atmaq istəyir. Bunun üçün peşəkar məşqçiyə ehtiyacı olduğunu deyir.