Azərbaycanda ötən il 5000 ton bal yeyilib


Digərləri 11 Yan 2018 20:47:00 250 0

Azərbaycanda ötən il 5000 ton bal yeyilib

2017-ci ildə Azərbaycanda 3000 ton bal istehsal edilib.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

Assosiasiya sədri qeyd edib ki, ötən il ölkədə 5000 ton bal istehlak olunub: "Hazırda daxili istehsal Azərbaycanda bala olan tələbatın 60 faizini təmin edir. Qalan həcmi xaricdən idxal edirik".