Ötən il 195-2 Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub


Digərləri 11 Yan 2018 20:14:00 237 0

Ötən il 195-2 Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub

2017-ci il ərzində İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub.

Bakı. 2017-ci il ərzində İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 11 minə yaxın müraciət daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, bu müraciətlərin 8300-ə yaxını canlı rejimdə birbaşa, 2500-dən çoxu isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 73 minə yaxın müraciət daxil olub. Ötən il ərzində daxil olan müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərdən istifadə olunması, lisenziyaların verilməsi, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrinin qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.