Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və işçilərin ştat sayında dəyişiklik edilib


Siyasət 11 Yan 2018 19:34:18 276 0

Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və işçilərin ştat sayında dəyişiklik edilib

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.