Sabirabad Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi


Siyasət 11 Yan 2018 19:25:00 420 0

Sabirabad Rayon Məhkəməsinin hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi

Prezident İlham Əliyev Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.