"Azər Türk Bank" yeni ildə yeni kampaniyalara start verir


Digərləri 11 Yan 2018 19:12:25 222 0

"Azər Türk Bank" yeni ildə yeni kampaniyalara start verir

Dövlət bankı Azər Türk Bank 11 yanvar tarixindən etibarən yeni kampaniyaya başlayır.

Bakı. Dövlət bankı Azər Türk Bank 11 yanvar tarixindən etibarən yeni kampaniyaya başlayır. Bankdan Trend-ə verilən məlumata görə, daim müştəri məmnuniyyətini fəaliyyətinin əsas qayəsi hesab edən Azər Türk Bank nəzərdə tutulmuş yeniliklərlə müştərilərini yeni ildə də sevindirəcək. Bu sıradan olan ilk yenilik xarici ölkələrə səyahət etmək istəyənlər üçün nəzərdə tutulub. Belə ki, səyahət etmək arzusunda olan şəxslər Azər Türk Banka gəlib, istənilən valyutada kart hesabı açdıraraq, bu hesaba minimum 500 AZN/USD/EUR məbləğində vəsait mədaxil etməklə, heç bir ödənişsiz MasterCard Gold kartına sahib ola biləcəklər. Eləcə də 1 000, 10 000, 20 000 AZN/USD/EUR həcmində vəsaiti öz kart hesabına yatıran müştərilərə, müvafiq olaraq, Mastercard Platinum, Visa İnfinite, Mastercard World Elite kartları bank tərəfindən hədiyyə ediləcəkdir.