Bu müəllimlər maaşlarının gecikən hissəsini tam şəkildə alacaqlar


Digərləri 11 Yan 2018 18:51:00 276 0

Bu müəllimlər maaşlarının gecikən hissəsini tam şəkildə alacaqlar

Musiqi məktəblərinin müəllimləri maaşlarının gecikən hissəsini tam şəkildə alacaqlar.

Son.az bildirir ki, bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan mədəniyyətinin inkişafında, incəsənətin müxtəlif sahələri üzrə mütəxəssislərin yetişdirilməsində baza təhsili proqramlarının həyata keçirildiyi uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. İstedadlı uşaqların üzə çıxarılması və onlarla aparılan səmərəli peşə yönümlü işin nəticəsində həmin məktəblərin məzunlarının çox hissəsi müvafiq orta ixtisas və ali təhsil müəssisələrində təhsillərini davam etdirir, peşəkar musiqiçi, rəssam, rəqqas kimi formalaşırlar.